Gürcüstan nümayəndə heyəti Azərbaycanda parlament seçkilərini müşahidə edəcək


Digərləri 23 Yan 2020 12:51:24 114 0

Gürcüstan nümayəndə heyəti Azərbaycanda parlament seçkilərini müşahidə edəcək

Gürcüstanın Mərkəzi Seçki Komissiyası fevrlaında 9-da keçiriləcək Milli Məclisə seçkiləri müşahidə etmək üçün Azərbaycana nümayəndə heyəti göndərəcək

Bakı. Tamilla Məmmədova - Gürcüstanın Mərkəzi Seçki Komissiyası fevralın 9-da Milli Məclisə keçiriləcək seçkiləri müşahidə etmək üçün Azərbaycana nümayəndə heyəti göndərəcək. Bu barədə Trend-ə Gürcüstan MSK-dan məlumat veriblər. Komissiyadan bildiriblər ki, Milli Məclisə seçkiləri izləmək üçün Azərbaycan Mərkəzi Seçki Komissiyasından dəvət alınıb. Gürcüstan MSK Azərbaycana beş nəfərdən ibarət nümayəndə göndərmək niyyətindədir. Qeyd olunur ki, nümayəndə heyətinə Gürcüstan MSK-nın sədr müavini Georgi Şarabidze, MSK-nın katibi Georgi Cavaxişvili, MSK hüquq şöbəsinin rəhbəri Georgi Dzaqaniya, MSK Personalın idarə olunması şöbəsinin rəhbəri Georgi Kalandarişvili, MSK-nın Seçki sistemləri, islahatlar və tədris mərkəzinin direktoru Natia Zaalişvili daxil olacaq. Gürcüstan nümayəndə heyətinin Bakıya fevralın 7-i və ya 8-də gələcəyi gözlənilir. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin