İçərişəhərdəki "Bakı xanları evi"nin yanında park salınır


Digərləri 23 Yan 2020 12:27:24 124 0

İçərişəhərdəki "Bakı xanları evi"nin yanında park salınır

İri ağacların əkilməsi işləri tamamlanıb və hazırda bəzək kollarının və yaşıllığın salınması istiqamətində işlər davam etdirilir

Bakı.İlhamə İsabalayeva - Böyük Qala küçəsi 44, 46, 48, 50 ünvanında yerləşən XVII-XVIII əsrlərə aid "Bakı xanları evi"nin yanında parkın salınması məqsədi ilə iri ağacların əkilməsi işləri tamamlanıb və hazırda bəzək kollarının və yaşıllığın salınması istiqamətində işlər davam etdirilir. Trend-in məlumatına görə, bunu “İçərişəhər” Dövlət Tarix Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Əsgər Ələkbərov bu gün keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə əsasən, ötən il ərzində Qoruq ərazisində 104 ünvanda İdarə tərəfindən cari təmir və bərpa işləri aparılıb. 220 kv.metr çəmən salınıb, 8950 ədəd müxtəlif növ mövsümü güllər əkilib, 165 p/m su xətti, 330 p/m elektrik xətti yuvaları quraşdırılıb, 9 ədəd su hidrantları və 1738 kv.m yol örtüyü dəyişdirilib.