Azərbaycan gimnastı: Bakıdakı Dünya kuboku öz bacarıqlarımı nümayiş etdirmək üçün böyük şansdır


Digərləri 23 Yan 2020 12:11:57 151 0

Azərbaycan gimnastı: Bakıdakı Dünya kuboku öz bacarıqlarımı nümayiş etdirmək üçün böyük şansdır

Bakıda keçiriləcək batut gimnastikası və tamblinq üzrə Dünya kubokuna fəal hazırlaşıram

Bakı. Cani Babayeva - Bakıda keçiriləcək batut gimnastikası və tamblinq üzrə Dünya kubokuna fəal hazırlaşıram. Bunu Trend-ə azərbaycanlı gimnast Fərid Mustafayev deyib. O bildirib ki, məşqlər gündə iki dəfə keçirilir: “İndi biz kombinasiyaları çətinləşdiririk ki, yarış zamanı proqramı səhvsiz yerinə yetirək. Dünya kuboku ərəfəsində həyəcan əlbəttə ki, var. Mənim üçün qarşıdan gələn Dünya kuboku öz bacarıqlarımı nümayiş etdirmək üçün böyük şansdır”. Gimnast vurğulayıb ki, Dünya kubokunda Azərbaycanı təmsil etmək onun üçün böyük məsuliyyətdir: