Orxan Məmmədov: Sahibkarları sanitar normativləri barədə məlumatlandırmaq lazımdır


Digərləri 23 Yan 2020 10:54:00 117 0

Orxan Məmmədov: Sahibkarları sanitar normativləri barədə məlumatlandırmaq lazımdır

Bu gün sahibkarların sanitar prosedurlarının normativləri barədə məlumatlandırılması ərzaq sektorunun inkişaf çərçivəsində ən vacib məsələdir

Bakı. Eldar Canaşvili - Bu gün sahibkarların sanitar prosedurlarının normativləri barədə məlumatlandırılması ərzaq sektorunun inkişaf çərçivəsində ən vacib məsələdir. Trend-in məlumatına görə, bunu Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) sədri Orxan Məmmədov ərzaq təhlükəsizliyinin cari vəziyyəti və perspektivlərinə həsr olunmuş biznes forumu zamanı deyib. O bildirib ki, bu sahədə KOBİA Qida Təhlükəsizliyi Agentliyi ilə əməkdaşlıq edir. Sədrin sözlərinə əsasən, bu gün 10 mindən çox kiçik və orta sahibkar qida sektorunda qeydiyyatdan keçib və müvafiq olaraq bu sektorun çox böyük potensialı mövcuddur.