Avstraliyada yanğınsöndürən təyyarə qəzaya uğrayıb - YENİLƏNİB


Dünya 23 Yan 2020 10:47:00 113 0

Avstraliyada yanğınsöndürən təyyarə qəzaya uğrayıb - YENİLƏNİB

Avstraliyada yanğınları söndürən təyyarə ilə əlaqə kəsilib

Avstraliyada radarlardan itən yanğınsöndürən təyyarənin qəzaya uğradığı məlum olub.

“Report” “Al Jazeera”ya istinadən verir ki, Avstraliyanın Yeni Cənubi Uels ştatında baş verən hadisədə 3 nəfər həlak olub.

***08:29

Avstraliya hakimiyyəti ölkənin cənub-şərqində Yeni Cənubi Uels ştatında meşə yanğınlarının söndürülməsi ilə məşğul olan təyyarə ilə əlaqəni itirib.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Kənd Yanğınsöndürmə Xidmətinin“Twitter”dəki xəbərində deyilir.

"Yeni Cənubi Uelsin (ştatın-red) Kənd Yanğınsöndürmə Xidməti günorta Yeni Cənubi Uelsin cənub hissəsində təyyarə ilə bağlı ciddi hadisəni araşdırır. Snoui Monaro ərazisində işləyən böyük aviatankerlə əlaqə itib", - yanğınsöndürmə xidməti bildirib.