Hamiləlik iddialarını cavablandırdı


Digərləri 23 Yan 2020 10:10:00 193 0

Hamiləlik iddialarını cavablandırdı

Türkiyəli aktyor Kənan İmirzalıoğlu ilə ailə həyatı qurduqdan sonra uzun müddət ekranlarda görünməyən aktrisa Sinəm Kobal alış-veriş mərkəzində müxbirlərin suallarını cavablandırıb.

Son.az axşam.az-a istinadən bildirir ki, aktrisa yayılan hamiləlik iddialarına birdəfəlik son qoyaraq "Hazırda uşaq barədə düşünmürük" deyib.

Hələ ki, yeni layihədə yer almayacağını dilə gətirən aktrisa evdə fastastik janrda filmlər izləyərək vaxtını keçirdiyini bildirib.