ABŞ-ın Kaliforniya ştatının aerodromunda təyyarə qəzası baş verib - FOTO


Dünya 23 Yan 2020 02:04:12 132 0

ABŞ-ın Kaliforniya ştatının aerodromunda təyyarə qəzası baş verib - FOTO

​ABŞ-ın Kaliforniya ştatının aerodromunda təyyarə qəzaya uğrayıb

ABŞ-ın Kaliforniya ştatının Korona şəhərində təyyarə qəzası baş verib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə şəhərin yanğınsöndürmə xidməti özünün“Twitter”dəki səhifəsində məlumat yayıb.

Qeyd edilir ki, kiçik mühərrikli təyyarə Korona şəhərinin ətrafındakı aerodromun ərazisinə düşüb. İlkin məlumata görə, hadisə zamanı təyyarədə dörd nəfər olub.

"Yanğınsöndürmə xidmətinin əməkdaşları və Korona polisləri bələdiyyə aerodromunda təyyarə qəzası haqqında xəbərə reaksiya verdilər. Hadisə yerinə gələn əməkdaşlar alova bürünmüş bir təyyarə aşkar etdilər”, - asayiş keşikçilərinin “Twitter”də yayılmış xəbərində deyilir.

Qeyd edilir ki, təyyarə aerodrom ərazisinin şərq hissəsinə düşüb.

"Aerodrom bağlanıb, təyyarədə 3-4 nəfər olub", - deyə bildirilir.