Hadisədən cəsarətli paylaşım


Digərləri 22 Yan 2020 22:08:00 137 0

Hadisədən cəsarətli paylaşım

Türkiyəli müğənni Hadisə sosial şəbəkədəki paylaşımı ilə gündəmi zəbt edib.

Son.az Axşam.az-a istinadən xəbər verir ki, geyimlərini müzakirə edənlərə "ədəbsizlik sizin başınızdadır" deyən ulduz, qara bodisi ilə diqqətləri üzərinə çəkib.

Xatırladaq ki, müğənni Demet Akalın həmkarlarının geyimlərini tənqid edərək bunları demişdi:

"Əvvəl mən də səhnədə açıq geyimlərdən istifadə etmişəm. Həyatında biri olduqdan sonra, qısa ətəklərdən istifadə etmək çətin olur. Ancaq səhnədə bir neçə xanım çox pis geyinir. Buna dekolte yox, pornoqrafiya deyilir. Görəndə ürəyim bulanır".