Məşhur müğənni anasının ölümündən saatlar sonra


Digərləri 22 Yan 2020 21:44:00 136 0

Məşhur müğənni anasının ölümündən saatlar sonra

Dünyaca məşhur müğənni Selin Dion anasının ölümündən sonra ''Şou davam etməlidir'' düşüncəsi ilə səhnəyə çıxıb.

Son.az ''ölkə.az''a istinadən xəbər verir ki, Kanadalı müğənni Selin Dion dünya turu konsertində hər kəsi təəccübləndirən addım atıb. O anasının ölümündən saatlar sonra səhnəyə çıxaraq ''Bilirsiniz ki, bu gün anamı itirmişəm. Lakin mən yaxşıyam. Anam 92 yaşında idi və uzun müddət idi ki, ağır xəstəlikdən əziyyət çəkirdi. Onu tezliklə itirəcəyimizi bildiyimiz üçün bacı-qardaşlarım və mən dünən onunla vidalaşmışdıq''  sözlərini deyib. Daha sonra səhnəyə çıxaraq konsertinə davam edib.