Kişi əməliyyatxanaya girib, arvadının doğum həkimini döydü


Dünya 22 Yan 2020 21:59:00 144 0

Kişi əməliyyatxanaya girib, arvadının doğum həkimini döydü

Kişi əməliyyatxanaya girib, arvadının doğum həkimini döydü -  Həkim əməliyyata davam etdi.

Belə ki, xəstəxanaya hamiləlik və qanaxma ilə daxil olan qadın dərhal qeysəriyyə əməliyyatına alınıb. Tibb bacıları qadını əməliyyata hazırlayıblar. Lakin xəstənin həyat yoldaşı bu zaman əməliyyat otağına girmək istəyib.

Son.az medicina.az-a istinadən bildirir ki, əməliyyat otağında başqa doğuş əməliyyatları da olduğu üçün həkim ona içəri keçməyə icazə verməyib.

Bunu eşidən kişi əsəbləşərək həkimi vuraraq, burnunu qırıb. Hadisə Türkiyənin Osmaniye Dövlət Xəstəxanasında baş verib.