Naxçıvan Qarnizonu qoşunlarında müxtəlif ixtisaslar üzrə toplantılar keçirilir (FOTO/VİDEO)


Digərləri 22 Yan 2020 18:54:00 137 0

Naxçıvan Qarnizonu qoşunlarında müxtəlif ixtisaslar üzrə toplantılar keçirilir (FOTO/VİDEO)

Hazırda müxtəlif ixtisaslı hərbi qulluqçuların cəlb edildiyi komandir hazırlığı və təlim-metodiki toplantılar davam edir.

Bakı. Ötən müddət ərzində keçirilən toplantılarda taqım komandirləri və müavinləri, manqa komandirləri, müxtəlif ixtisaslı gizir və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları iştirak ediblər. Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, toplantılarda kiçik komandir heyətinin bilik və bacarıqlarının təkmilləşdirilməsi, pedaqoji hazırlıqlarının yüksəldilməsi istiqamətində məşğələlər keçirilib, “Hərbi qulluqçu və hərbi kollektivin psixologiyası” mövzusunda mühazirələr oxunub. Hazırda müxtəlif ixtisaslı hərbi qulluqçuların cəlb edildiyi komandir hazırlığı və təlim-metodiki toplantılar davam edir.