İsrail gimnastı Nikol Zelikman: Milli Gimnastika Arenasında məşqlər, yaşayış və istirahət üçün rahat şərait yaradılıb


Digərləri 22 Yan 2020 17:56:27 121 0

İsrail gimnastı Nikol Zelikman: Milli Gimnastika Arenasında məşqlər, yaşayış və istirahət üçün rahat şərait yaradılıb

Milli Gimnastika Arenasında bədii gimnastika üzrə İsrail milli komandasının təlim-məşq toplanışı keçirilir

Bakı. Cani Babayeva - Milli Gimnastika Arenasında bədii gimnastika üzrə İsrail milli komandasının təlim-məşq toplanışı keçirilir. Toplanışda həm böyük, həm də gənc gimnastlar iştirak edir. Komandanın gimnastı Nikol Zelikman Trend-ə bildirib ki, Milli Gimnastika Arenasında gözəl zal var və burada gimnastlar üçün zəruri şərait yaradılıb: “Bu, məşq prosesi üçün müsbət cəhətdir. Ötən ilin yanvarında da biz buraya məşqlərə gəlmişdik. İsraildə burdakı kimi baza yoxdur, bizdə yalnız məşq zalıdır, hər gimnast da öz evində yaşayır. Milli Gimnastika Arenasında isə məşqlər, yaşayış və istirahət üçün rahat şərait yaradılıb. Burada toplanışda olarkən biz məşqlərə və istirahətə lazımi vaxt ayıra bilirik”. Gimnast vurğulayıb ki, onun valideynləri Bakıda doğulub, ona görə də bu şəhərə xüsusi hisslərlə gəlir: