Pedalları səhv salan qadın avtomobili divardandivara çırpdı


Dünya 22 Yan 2020 16:53:00 122 0

Pedalları səhv salan qadın avtomobili divardandivara çırpdı

Kamçatkada qadın sürücü pedalların yerini səhv salaraq avtomobili iki tikilinin divarına çırpıb.

Son.az avtosfer.az-a istinadən xəbər verir ki, insident yanvarın 21-də axşam saatlarında Svetlom Elizovsk qəsəbəsində baş verib.

Məlumata görə, kafe müştərilərindən olan qadın sükan arxasına keçərək mühərriki işə salıb. Bundan sonra avtomobili hərəkətə gətirən qadın avtomobili öncə kafenin alt hissəsində yerləşən mağazanın divarına, ardınca da bir idarəyə çırpıb.

Hadisədən sonra kafe işçilərindən biri, qəzanın, xanım sürücünün qaz və əyləc pedallarının yerini səhv salması səbəbindən baş verdiyini bildirib.

Hadisə zamanı xəsarət alana olmasa da, mağazaya ciddi ziyan dəyib.