Abşeron dairəvi dəmir yolunun tikintisi yekunlaşır - Stansiyaların sayı artırılacaq


Digərləri 22 Yan 2020 16:58:00 126 0

Abşeron dairəvi dəmir yolunun tikintisi yekunlaşır - Stansiyaların sayı artırılacaq

Abşeron dairəvi dəmir yolu xəttinin çəkilişi artıq sonuncu mərhələdədir.

Bakı. Ceyhun Ələkbərov - Abşeron dairəvi dəmir yolu xəttinin çəkilişi artıq sonuncu mərhələdədir. Bu barədə Trend-in sorğusuna cavab olaraq Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətindən (QSC) məlumat veriblər. Bildirilib ki, dəmir yolu xəttinin çəkilişi ilə bağlı işlər 3-cü mərhələdədir və yol tikinti işləri tamamilə yekunlaşıb: "Hazırda elektrik, işarəvermə, rabitə və mühafizə zolağında hasarların çəkilməsi davam etdirilir. Həmçinin, bu istiqamətdə 4 yeraltı avtomobil tunelində də tikinti işləri aparılır. Bu tunellər Keşlə qəsəbəsi, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Goradil ərazisində inşa olunur".