Fransada ən güclü su elektrik stansiyası fəaliyyətini dayandırdı


Dünya 22 Yan 2020 16:39:00 126 0

Fransada ən güclü su elektrik stansiyası fəaliyyətini dayandırdı

Fransanın ən güclü su elektrik stansiyasının fəaliyyəti etiraz əlaməti olaraq dayandırılıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, stansiyanın əməkdaşları Fransa hökumətinin təklif etdiyi pensiya islahatına etiraz olaraq bu addımı atıb.

Ölkənin cənub-şərqindəki İzer deparamentində yerləşən "Grand'Maison" su elektrik stansiyası Fransada istifadə olunan bütün su elektrik stansiyalarının istehsal gücünün 9 faizini təşkil edir.

Hələlik stansiyanın işinin dayanmasının nəticələri barədə məlumat veirlməyib.