Səkkiz yaşlı cəllad edam həyata keçirdi FOTO


Dünya 22 Yan 2020 12:58:00 129 0

Səkkiz yaşlı cəllad edam həyata keçirdi  FOTO

İŞİD terror təşkilatının üzvü olan səkkiz yaşlı uşaq nigeriyalı şəxsi edam edib.

Son.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə terrorçuların sosial şəbəkədə fəaliyyətini izləyən "Site Intelligence Group" özünün "Twitter" səhifəsində bildirib.

Məlumata görə, bununla bağlı yayımlanan kadrlarda üzünü bağlayan uşağın xristian olduğu ehtimal edilən nigeriyalıya atəş açdığı görünüb.

Qeyd edək ki, ötən ilin dekabr ayının sonlarında İŞİD-in Qərbi Afrika üzrə bölməsinin terrorçuları 11 xristian girovu edam etmişdi.