Azərbaycanda hoteldə işləyənlər üçün


Digərləri 22 Yan 2020 12:49:00 105 0

Azərbaycanda hoteldə işləyənlər üçün

Azərbaycan Turizm Agentlikləri Assosiasiyası "Turizm sənayesi nümayəndələrinin etik kodeksi"nə əsasən, turizm sektorunun mövsümi işçiləri üçün sosial müdafiə baxımından xüsusi statusun hansı formada təklif oluna biləcəyini açıqlayıb.

Son.az xəbər verir ki, Assosiasiyanın İdarə Heyətinin sədri Rüfət Hacıyev Trend-ə bildirib ki, sosial müdafiə baxımından xüsusi statusun verilməsi əsasən hotel və hotel sənayesində fəaliyyət göstərən şəxslər üçün nəzərdə tutulub:

"Yəni yay mövsümündə çalışan hotel personalının qışda işsiz qalmaması üçün onların bölgələrdəki qış kurortlarındakı turizm obyektlərinə işə cəlb olunması təklif olunur. Bunun faydası böyükdür. İlk növbədə hotellər yeni işçi axtarmayacaq, bu sahədə çalışan personalların xidmətindən yararlanacaqlar. Belə olan halda həm xidmətin keyfiyyəti qorunub saxlanacaq, həm də mövsümi işçi qalmayacaq. Düşünürük ki, hotellər arasında ümumi bir əməkdaşlıq anlaşmasının olmasına ehtiyac var".