TəbrizCulfa turist qatarı istismara verildi


Digərləri 22 Yan 2020 11:59:00 111 0

TəbrizCulfa turist qatarı istismara verildi

İranın qərbində yerləşən Şərqi Azərbaycan vilayətində Təbriz-Culfa və əks istiqamətdə turistlər üçün nəzərdə tutulan turist qatarı istismara verilib.

Son.az Trend-ə istinadən bildirir ki, bunu İranın Azərbaycan Dəmir Yolları İdarəsinin baş direktoru Şapur Arslani deyib.

Ş.Aslaninin sözlərinə görə, turist qatarı Araz Azad Ticarət Zonasının əməkdaşlığı və bölgədə turizmin inkişafı istiqamətində istifadəyə verilib.

Aslani əlavə edib ki, bu qatar gündəlik 5 vaqonla turistləri iki istiqamətdə daşıyacaq.

İdarə rəsmisi bildirib ki, bu qatarla gündəlik 800 nəfər daşınacaq.