Tbilisi hava limanında 8,1 kiloqram marixuana müsadirə olunub


Dünya 22 Yan 2020 10:51:35 118 0

Tbilisi hava limanında 8,1 kiloqram marixuana müsadirə olunub

Gürcüstana külli miqdarda marixuana narkotik vasitəsinin qanunsuz idxal edilməsinin qarşısı alınıb.

Gürcüstana külli miqdarda marixuana narkotik vasitəsinin qanunsuz idxal edilməsinin qarşısı alınıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Maliyyə Nzirliyinin Gəlirlər Xidməti məlumat yayıb.

Tbilisi hava limanında Cənubi Afrika vətəndaşının yükünə keçirilən baxış zamanı 8,1 kiloqram çəkidə marixuana aşkar olunaraq müsadirə edilib.

Faktla bağlı Gürcüstan Daxili İşlər Nazirliyində cinayət işi açılıb.