Xızıda itkin düşən ana və 3 övladı tapıldı


Digərləri 22 Yan 2020 10:08:18 102 0

Xızıda itkin düşən ana və 3 övladı tapıldı

Xızı rayonunda itkin düşən ana və övladları tapılıb.

Bakı. Samir Əli - Xızı rayonunda itkin düşən ana və övladları tapılıb. Trend-in məlumata görə, 1993-cü il təvəllüdlü İsayeva Əfsanə Cəmil qızı, 9 yaşlı qızı Nurcan, 8 yaşlı oğlu Nurlan və 1 yaşlı oğlu Sərxanla birgə Bakı şəhərində tapılaraq polis şöbəsinə gətirilib. Müvafiq sənədləşmə aparıldıqdan sonra ana və övladları yaxınlarına təhvil verilib. Qeyd edək ki, Xızıda ana və 3 övladı yanvarın 17-də itkin düşmüşdü.