Bakıda 29 marşrut üzrə 598 avtobus kart sisteminə keçdi


Digərləri 22 Yan 2020 09:45:00 122 0

Bakıda 29 marşrut üzrə 598 avtobus kart sisteminə keçdi

Bakıda 29 marşrut xətti üzrə 598 avtobusda sərnişinlər gediş haqqını BakıKart vasitəsi ilə nağdsız formada ödəyirlər.

Bakı. Samir Əli - Bakıda 29 marşrut xətti üzrə 598 avtobusda sərnişinlər gediş haqqını BakıKart vasitəsi ilə nağdsız formada ödəyirlər. Bunu Trend-ə açıqlamasında Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib. Onun sözlərinə görə, qarşıdakı günlərdə bu göstəricilər dəyişəcək: "Çünki xətlərin inteqrasiyası davam etməkdədir. Yanvarın 24-də 4 nömrəli marşrut xəttinin də inteqrasiyası planlaşdırılır. Həmçinin, fevral ayından xətlərin BakıKarta keçidi daha sürətli aparılacaq. BakıKarta keçidlə əlaqədar son bir ayda şəhərin müxtəlif ərazilərində 50 yeni dayanacaq yeri müəyyən edilərək müvafiq nişanlar qoyulub. 13 yerdə isə yeni ödəmə məntəqələri təşkil olunub. Bir daha vurğulamaq istərdim ki, nağdsız ödənişə keçid sərnişindaşımada göstərilən xidmətin keyfiyyətinin artırılması üçün olduqca zəruridir".