Koronavirusun yeni növü ABŞ-a da çatdı


Digərləri 22 Yan 2020 01:19:00 134 0

Koronavirusun yeni növü ABŞ-a da çatdı

ABŞ-da yeni növ koronavirusun səbəb olduğu pnevmoniyanın ilk yoluxma hadisəsi qeydə alınıb

Bakı. ABŞ-da yeni növ koronavirusun səbəb olduğu pnevmoniyanın ilk yoluxma hadisəsi qeydə alınıb. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə ABŞ-ın Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzinin nümayəndələri tərəfindən telefon brifinqi zamanı məlumat verilib. Yoluxma hadisə Vaşinqton ştatında aşkar edilib - xəstəlik yaxınlarda Çindən gəlmiş 30 yaşlı kişidə tapılıb. Onun vəziyyəti stabil olaraq qiymətləndirilir.