Google Xəritəyə məkan necə əlavə edilir?


Digərləri 21 Yan 2020 23:20:00 159 0

Google Xəritəyə məkan necə əlavə edilir?

Yeni bir işə başlayanda onu tanıtmaq üçün vasitələr əvvəllər az idi. İndi texnologiyanın inkişafı və hər şeyin sürətli istehlakı ilə tanınmaq və yaddaşlarda qalmaq çətin ola bilər. İş adamlarına lazım olan əsas məqam Google Xəritəyə məkan əlavə edib hər kəslə yerini bölüşməkdir.

Bir iş sahibi olmasanız belə, Google Xəritələrə yer əlavə etməyi bilmənizdə fayda var. Məsələn, sevdiyiniz restoranda bir dostunuzla görüşmək istəyirsiniz. Ancaq həmin məkanı Google Xəritədə tapa bilmirsinizsə, özünüz əlavə edə bilərsiniz.

Son.az ted.az-a istinadən bu dəfə Google Xəritələrə necə yer əlavə etməyin təlimatını təqdim edir. Bunun üçün

1.Google Xəritəyə daxil olun

Mobil cihazınızla Google Xəritəyə daxil olun. Telefonun axtarış bölməsinə Google Map yazaraq asanlıqla tətbiqə daxil olmaq mümkündür.

2. Sol üst küncdəki 3 xətdən ibarət işarəyə toxunun

Bu zaman bir menyuya daxil olacaqsınız. Buradan Google Xəritənin parametrləri daxil olmaqla bir çox seçimə keçid etmək mümkündür.

3."Əskik bir məkanı əlavə edin" seçiminə toxunun​

Ekranı aşağıya doğru sürüşdürün. Parametrlər seçiminin altında "əskik bir məkana əlavə edin" seçimini görəcəksiniz.

4. Artırmaq istədiyiniz məkanın adını əlavə edin

Google Xəritələrə əlavə edəcəyiniz yerin məlumatlarını doldurmağa ilk olaraq məkanın adını yazmaqla başlayın. Bu şəkildə məkanın daha öncə daxil edilib edilmədiyini görəcəksiniz