Müasir yaddaş qurğuları sərt diskləri sıradan çıxarır?


Digərləri 21 Yan 2020 23:45:00 187 0

Müasir yaddaş qurğuları sərt diskləri sıradan çıxarır?

Son 7 il ərzində Sərt disklərin dünya bazarındakı tədarükü iki dəfə azalıb.

Son.az ted.az-a istinadən bildirir ki, "TrendFocus" analitik şirkətinin məlumatına görə, buna səbəb kimi SSD-lərin populyarlıq qazanması göstərilir.

Vinçestlər artıq tarixə çevrilir

Ötən ilin son rübündə Sərt disklərin satış üçün 77,2 milyon disk tədarük edilib. Yeddi il öncə isə bu rəqəm 150 milyona çatırdı. 2018-ci ilin son rübü ilə müqayisədə ötən il satış 12,3% azalıb.  "TrendFocus" şirkətinin analitikləri bu göstəricilərin aşağı düşməsini bazarda daha müasir SSD-nin peyda olması ilə əlaqələndirirlər.

Bəs sərt disk istehsal edən şirkətlərdə vəziyyət necədir?

2020-ci ildə sərt disklərin tədarük reytinqi 3 şirkət - "Western Digital", "Seagate" və "Toshiba" arasında bölünür. Lakin statistikaya baxdıqda, onların hər birində Sərt disk satışının azaldığını görürük.  "Seagate" şirkəti hələki reytinqdə ilk sırada gəlir. Bu şirkət ötən il 31,5 milyon sərt disk tədarük edib, lakin bu rəqəm 2018 illə müqayisədə 14% azdır.

Sərt disklərin satışı günbəgün azalır

"Western Digital" şirkəti ötən il 29,35 milyon ədəd Sərt disk istehsal etdiyini bildirir. "Toshiba" isə ötən il 16,35 milyon, yəni 2018-ci ilə nisbətən 20% az satış edib.