Xiaomi şirkəti “Ağıllı” kondisioneri təqdim edib


Digərləri 21 Yan 2020 23:50:00 183 0

Xiaomi şirkəti “Ağıllı” kondisioneri təqdim edib

"Xiaomi" şirkəti "ağıllı" "Smartmi Kondisioner A" kondisionerini təqdim edib. İstifadəçilərin temperaturu tənzimləmək üçün sadəcə bir səs əmrini söyləməsi kifayətdir.

Kondisionerin əsas üstünlüklərindən biri yüksək enerji səmərəliliyinə malik olmasındadır.

illi.Az techland.az-a istinadən bildirir ki, istehsalçılar "Smartmi Kondisioner A"nın hazırkı enerji effektivliyinin müasir standartları üstələdiyini qeyd edirlər. Kondisioner 4.65 APF dəyərinə malikdir. APF yüksək olarsa, cihazın enerji səmərəliliyi də artır. Yeni "Xiaomi" cihazı digər kondisionerlərə nisbətən elektrik enerjisinə 20% qənaət edir.

"Ağıllı" kondisioner həm tətbiqetmə, həm də səsli idarəetmə ilə işləyə bilir. Cihaz "Xiao AI" rəqəmsal köməkçisini dəstəkləyir.