Abşeronda su kanalına düşən 37 yaşlı şəxsin meyiti tapılıb


Digərləri 21 Yan 2020 19:54:00 136 0

Abşeronda su kanalına düşən 37 yaşlı şəxsin meyiti tapılıb

Abşeronda su kanalına düşən 37 yaşlı şəxsin meyiti tapılıb.

Fövqəladə Hallar Nazirliyindən Son.az-a verilən məlumata görə, nazirliyin "112" qaynar telefon xəttinə, Abşeron rayonunda 1 nəfərin meyitinin su kanalından çıxarılması üçün müraciət daxil olub.

Dərhal hadisə yerinə cəlb olunan Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu 1983-cü il təvəllüdlü Əhmədov Ceyhun Nadir oğlunun meyitini sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.