Hələb raket atəşinə tutulub, ölənlər var


Dünya 21 Yan 2020 19:31:55 133 0

Hələb raket atəşinə tutulub, ölənlər var

Suriyanın Yeni Hələb və Əl-Zəhra yaşayış məntəqələri terrorçular tərəfindən raket atəşinə tutulub.

Suriyanın Hələb şəhərinin Yeni Hələb və Əl-Zəhra yaşayış məntəqələri terrorçular tərəfindən raket atəşinə tutulub.

“Report” SANA-ya istinadən xəbər verir ki, nəticədəiki qadın və bir uşaq ölüb, üç nəfər isəyaralanıb.

Bildirilib ki,“Ən-Nusra Cəbhəsi” terror təşkilatının üzvlərimülki əhalinin Hələb və İdlib yaxınlığında humanitar dəhlizlər vasitəsilə təhlükəli bölgədən çıxmasına yol vermir.