İranda dəm qazından ölənlərin sayı artıb


Dünya 21 Yan 2020 19:04:00 102 0

İranda dəm qazından ölənlərin sayı artıb

İranda 9 ay (21 mart -21 dekabr 2019) dəm qazından həlak olanların sayının artdığı və soyuq hava şəraitinə görə İranın Tibbi Ekspertiza Təşkilatı xəbərdarlıq edib.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu, İranın Tibbi Ekspertiza Təşkilatının informasiya portalının məlumatında öz əksini tapıb.

Bildirilir ki, 9 ay ərzində İranda 436 nəfər dəm qazı nəticəsində həlak olub. Bu isə ötən ilin analoji dövrü ilə (388 nəfər) müqayisədə 12,4% artımın olduğunu göstərir.

Məlumata əsasən, qeyd olunan müddətdə ən çox ölüm halları Tehran (84 nəfər), Şərqi Azərbaycan (43 nəfər) və İsfahan (39 nəfər) vilayətlərində olub.