Sidneydə hava limanı yaxınlığında güclü yanğın (VİDEO)


Digərləri 21 Yan 2020 16:26:00 127 0

Sidneydə hava limanı yaxınlığında güclü yanğın (VİDEO)

Avstraliyada Sidney hava limanı yaxınlığında güclü yanğın başlayıb

Bakı. Avstraliyada Sidney hava limanı yaxınlığında güclü yanğın başlayıb. Trend-in məlumatına görə, yanğın “Qantas” aviaşirkətinin terminalının yanındakı anbarda baş verib. Hadisənin qarşısının alınması üçün 70 nəfərdən ibarət 18 yanğınsönürmə briqadası cəlb olunub. Yanğının bir sıra uçuşların ləngiməsinə səbəb olacağı deyilir.