İran parlamentinin deputatı Donald Trampın başına 3 milyon dollar qoyub


Dünya 21 Yan 2020 15:33:39 106 0

İran parlamentinin deputatı Donald Trampın başına 3 milyon dollar qoyub

İran parlamentinin deputatı Əhməd Həmzə ABŞ prezidenti Donald Trampı qətlə yetirən şəxsə 3 milyon dollar pul mükafatı vəd edib

İran parlamentinin deputatı Əhməd Həmzə ABŞ prezidenti Donald Trampı qətlə yetirən şəxsə3 milyon dollar pul mükafatı vəd edib.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, o, pul mükafatını təmsilçisi olduğuKirman vilayətinin əhalisinin adından verəcəyini söyləyib.

Xatırladaq ki, Kirman yanvarın 3-ü Bağdadda ABŞ-ın raket zərbəsi nəticəsində ölənİranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) general-mayoru Qasım Süleymaninin doğulduğu bölgədir.

Alparslan Öztürk