Azərbaycanda DƏHŞƏTLİ HADİSƏ:


Digərləri 21 Yan 2020 15:30:00 117 0

Azərbaycanda DƏHŞƏTLİ HADİSƏ:

Sabirabad rayonunda qanlı cinayət hadisəsi törətməkdə təqsirli bilinən 1998-ci il təvəllüdlü Bəxtiyar Xankişiyevin (cinayət işində adı keçən şəxslərin ad və soyadları şərti verilib - red.) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Naməlum zəng

Son.az xəbər verir ki, Bəxtiyar Xankişiyev 15 may 2017-ci il tarixdə, saat 13.30-da Sabirabad rayonunun Qaraağac kəndində yaşayan əmisi Elyanurun evinə gəlib.

Əmisinin evində olduğu zaman Bəxtiyar Xankişiyev qohumu Zibeydə Mirzəyevaya məxsus mobil telefona zəng gəldiyini görüb. Zibeydə həmin telefonunu Bəxtiyara verərək tanımadığı nömrə olduğuna görə cavab verməsini xahiş edib.

Nişanlıma niyə zəng vurmusan?

Bu zaman Bəxtiyar Zibeydənin telefonunu götürərək gələn zəngə cavab verib. Bir nəfər oğlanın telefonda ona kim olmasını və nişanlısının telefonuna bu nömrədən zəng gəlməsini deyib.

Həmin zəng edən şəxs bu nömrədən nişanlısının telefonuna zəng edilməsinin səbəbini soruşub. Zəng edən şəxs özünü təqdim edən zaman onunla danışanın həmkəndlisi Elmir Oruclu olduğunu bilib.

Mübahisə və dava

Elmir nişanlısının telefonuna zəng etməsini Bəxtiyara irad tutaraq mübahisə edib. Həmin vaxt Elmir ona nalayiq sözlər deyib və ondan kənddə olan "Rahat" adlı marketin yerləşdiyi yerə gəlməsini tələb edib.

Bəxtiyar evdən çıxaraq həmin gün saat 14 radələrində "Rahat" marketin yerləşdiyi yerə gəlib, kəndarası küçədə Elmir Oruclu ilə rastlaşıb. Elmir onu yenidən nalayiq sözlərlə söyüb, şillə ilə sifət nahiyəsindən vurub.

Qanlı dava və həbs

Elmir hərəkətlərini davam etdirərək Bəxtiyara əlavə zərbələr vurmağa cəhd edərkən sonuncu zərində gəzdirdiyi cib bıçağını çıxarıb və onun qarşısında sağ və sol tərəfə hərəkət etdirməklə özündən kənarlaşdırmağa çalışıb.

Bu zaman Elmir Bəxtiyara müqavimət göstərib, Bəxtiyar isə özündə olan bıçaqla ona bir neçə xəsarət yetirib.

Yaralı xəstəxanaya yerləşdirilib, vaxtında tibbi yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub. Hadisəni törədən şəxs həbs edilib.