Əməkdar artist: “Niyə “18+” edirsiniz ki, açıq şəkildə verin getsin"


Şou-biznes 21 Yan 2020 15:07:00 128 0

Əməkdar artist: “Niyə “18+” edirsiniz ki, açıq şəkildə verin getsin"

Mən proqramda heç nə deməmişəm. Söyləmişəm ki, Xatirə, üzünü niyə çevirirsən? Başqa söz ola bilməz!

Bunu tədbirlərin birində qonaq qismində iştirak edən Əməkdar artist Vasif Məhərrəmli oxu.az-ın əməkdaşı ilə söhbətində dilə gətirib.

Sənətçi ATV telekanalında yayımlanan "Şou ATV" səhər proqramında həmkarı Xatirə İslamla söhbəti zamanı söylədiyi qeyri-etik ifadəyə belə aydınlıq gətirib: 

"Bu məsələyə gülüb keçirəm. Mən hər yerdə sözümü-söhbətimi bilən adamam. Xüsusilə də canlı efirdə. Belə şeylər ola bilməz. Bu, mənə qarşı edilən təxribatdır. Bu məsələ haqqında çox da sərt çıxışlar etmək istəmirəm.

Çox qabartmaq da istəmirəm. Adi "necəsiniz?" sözünün üstünə "səs" qoyub sanki qeyri-etik bir ifadə işlətmişəm kimi qərəzli şəkildə məsələni şişirtmək olar. Niyə "18+" edirsiniz ki, açıq şəkildə verin, getsin".

"ATV-nin "Youtube"dakı rəsmi kanalı sizin "Şou ATV"dəki qalmaqala səbəb olan çıxışınızı silib" sözlərimizə isə V.Məhərrəmlinin cavabı belə oldu: