Millinin növbəti rəqibi müəyyənləşib


Digərləri 21 Yan 2020 13:37:26 121 0

Millinin növbəti rəqibi müəyyənləşib

Martın 23-dən 31-dək Maltada təlim-məşq toplanışında olacaq Azərbaycan milli komandasının daha bir rəqibi müəyyənləşib.

Bakı. Martın 23-dən 31-dək Maltada təlim-məşq toplanışında olacaq Azərbaycan milli komandasının daha bir rəqibi müəyyənləşib. AFFA-dan Trend-ə bildirilib ki, Azərbaycan millisi martın 26-da Bakı vaxtı ilə saat 19:00-da Lixtenşteyn yığması ilə yoldaşlıq oyunu keçirəcək. Xatırladaq ki, komandamız toplanış zamanı növbəti yoldaşlıq oyununda Malta yığması ilə qarşılaşacaq. Martın 30-da keçiriləcək görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.