Lənkəranda dəhşətli qəza - Sürücü diri-diri yandı


Digərləri 21 Yan 2020 13:27:04 130 0

Lənkəranda dəhşətli qəza - Sürücü diri-diri yandı

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır

Bakı. Lənkəran rayonunun Girdəni kəndi ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən (DİN) Trend-ə verilən məlumata əsasən, yanvarın 20-də saat 8 radələrində Lənkəran rayonunun Girdəni kəndi ərazisində M.Azizov idarə etdiyi “Volvo” markalı yük avtomobilini qarşıda gedən Cəlilabad rayon sakini Rasif Əzimovun idarə etdiyi “QAZel” markalı avtomobilə vurub, sonuncu nəqliyyat vasitəsi yol ayırıcısına dəydiyindən yanğın baş verib. Nəticədə R.Əzimov avtomobildə yanaraq ölüb. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.