Ukraynada deputatların sayı azaldılacaq


Dünya 21 Yan 2020 11:52:02 103 0

Ukraynada deputatların sayı azaldılacaq

Ali Radanın sədri Dmitri Razumkov parlamentin növbəti sessiyasında deputatların sayının azaldılması ilə bağlı konstitusiyaya dəyişikliklərin edilməsinə baxa biləcəyini bildirib.

Ali Radanın sədri Dmitri Razumkov parlamentin növbəti sessiyasında deputatların sayının azaldılması ilə bağlı konstitusiyaya dəyişikliklərin edilməsinə baxa biləcəyini bildirib.

“Report” Lenta.ru-ya istinadən xəbər verir ki, parlamentdə hələ ötən ilin avqustun 29-da qeydə alınan qanun layihəsi deputatların sayının 450-dən 300-ə salınmasını nəzərdə tutur. Hazırda qanun layihəsi Radanın profilli komitəsindən keçib.

Qeyd edək ki, Ali Radanın növbəti sessiyası fevralın 4-də olacaq. 450 üzvü olan Ukrayna parlamentinə seçkilər hər beş ildən bir keçirilir.

Alparslan Öztürk