Rəşad Haşımov “Rast”ın solisti ilə evləndi


Şou-biznes 21 Yan 2020 11:34:00 521 0

Rəşad Haşımov “Rast”ın solisti ilə evləndi

"Rast" qrupunun yaradıcısı və rəhbəri, Əməkdar artist Rəşad Haşımov ikinci dəfə ailə həyatı qurub. 

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, 49 yaşlı məşhur musiqiçi rəhbəri olduğu qrupun solisti, Əməkdar artist Lamiyə Kərimova ilə evlənib.

Toy bir neçə gün bundan əvvəl Bakının tanınmış restoranlarının birində baş tutub. Məclisə çox az sayda qonaqlar dəvət olunub və qapalı keçirilib.

Səbəbkarlar toyda iştirak edən qonaqlardan hər hansı bir görüntülərin sosial şəbəkələrdə paylaşılmamasını xahiş ediblər.