Azərbaycanda şadlıq evində faciə:


Digərləri 21 Yan 2020 11:38:00 155 0

Azərbaycanda şadlıq evində faciə:

Xaçmaz rayonunda şadlıq evində ölüm hadisəsi olub.

Son.az Trend-ə istinadən bildirir ki, hadisə rayon ərazisindəki "Aygün" şadlıq sarayında baş verib. Xaçmaz şəhər sakini, 1967-ci il təvəllüdlü, adıçəkilən obyektdə fəhlə işləyən Məmmədov Rəşid Hümmət oğlu toy zalının asma tavanında çilçıraq bağlayarkən tavanın gipsalitdən olan hissəsi uçub. Nəticəsində 6 metrlik hündürlükdən mərmər döşəməyə yıxılan R.Məmmədov hadisə yerində ölüb.

Faktla bağlı Xaçmaz rayon Prokurorluğunda cinayət işi başlanıb.