Çində koronavirusun yeni növündən 4-cü ölüm qeydə alınıb


Digərləri 21 Yan 2020 06:18:00 127 0

Çində koronavirusun yeni növündən 4-cü ölüm qeydə alınıb

Çinin Hubey əyalətinin Uxan şəhərində koronavirusun yeni növündən 4-cü ölüm qeydə alınıb

Bakı. Çinin Hubey əyalətinin Uxan şəhərində koronavirusun yeni növündən 4-cü ölüm qeydə alınıb. Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə Uxan şəhərinin səhiyyə məsələləri üzrə Komitəsinin açıqlamasında deyilir. Açıqlamada bildirilir: "Yanvarın 19-u gecə yarısı üçün Uxanda yeni növ koronavirusa 198 yoluxma faktı qeydə alınıb, 25 nəfər artıq xəstəxanadan evə buraxılıb, 4 nəfər ölüb". Bildirilir ki, ölən şəxs 89 yaşlı kişidir, xəstəliyin əlamətləri yanvarın 13-də qeydə alınıb, yanvarın 18-i nəfəs almaqda çətinlik çəkməsi səbəbindən xəstəxanaya yerləşdirilib, yanvarın 19-u saat 23:39-da isə həkimlərin səylərinə baxmayaraq vəfat edib.