ABŞ-ın Bağdaddakı səfirliyi yaxınlığında bir neçə raket partlayıb


Dünya 21 Yan 2020 01:38:07 133 0

ABŞ-ın Bağdaddakı səfirliyi yaxınlığında bir neçə raket partlayıb

​ABŞ-ın Bağdaddakı səfirliyi yaxınlığında bir neçə raket partlayıb

ABŞ-ın İraqın paytaxtı Bağdaddakı səfirliyi yaxınlığında bir neçə raket partlayıb.

“Report”un məlumatına görə, bu barədə “Al Hadath” telekanalı xəbər verib.

Bildirilir ki, Bağdadın “Yaşıl zonası”nda 3 raket partlayıb. Məlumata görə, hücumla eyni vaxtda həyəcan siqnalı işə düşüb.

Hələlik xəsarət alanlar və ya dağıntılar barədə məlumat verilmir.