Hər gün çeçələ barmağı özünə tərəf çək Qədim yapon metodu


Digərləri 20 Yan 2020 21:00:00 125 0

Hər gün çeçələ barmağı özünə tərəf çək  Qədim yapon metodu

Hələ qədimdən insanlar barmaqları ilə bəzi manipulyasiyaların orqanizmə rahatlıq gətirdiyini və sanki hər barmağın bir orqanla bağlı olduğunu bilirdilər. Xüsusən Çin, yapon təbibləri xəstənin ovcuna, barmaqlarına baxmaqla, sıxmaqla onun xəstəliklərini təyin edirdilər. Yalnız 100 illər sonra bu fenomenin sirri açıldı: barmaqlarda olan sinir uclarının bir sonluğu orqanlardan birinə gedib çıxır.

Son.az medicina.az-a istinadən çeçələ barmaqla olunacaq bir stimuləedici hərəkətlə emosional vəziyyətinizi və bəzi xəstəliklərinizi müalicə edəcəyinizi bildirir.

Bu metod indi də Yaponiyada geniş tətbiq olunur.

Əldə olan ən kiçik, çeçələ barmaq hiss, həyəcan, əsəb, sinir, psixoloji vəziyyətlə sıx bağlıdır.

Panik atak, həyəcan, əsəbi, yorğunluq zamanı bu barmağı özünüzə tərəf dartıb açın. Eləcə də hər çeçələ barmağı 1 dəqiqə masaj edin.

Nevroloji pozuntuya bağlı ürək döyüntüləri və ürək nevrozunda da bu metod faydalıdır.

Proseduru rahat əyləşib, bütün əzələləri boşaltdıqdan sonra etmək lazımdır.