ABŞ İranın nüvə müəssisəsini buna görə vurmayıb


Dünya 20 Yan 2020 19:29:00 119 0

ABŞ İranın nüvə müəssisəsini buna görə vurmayıb

ABŞ İranın silahından yox, xalqından qorxur.

Son.az Axar.az-a istinadən xəbər verir ki, bunu İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərif deyib.

O, ABŞ-ın sabiq dövlət katibi Con Kerri ilə aralarında baş tutan dialoqdan danışaraq Qum şəhərindəki nüvə müəssisələrinin vurulmamasının əsas səbəbinin İran xalqı olduğunu bildirib:

"Kerri mənə "Fordonu niyə qurdunuz, istəsək, rahatlıqla məhv edərik" dedi. Mən də ondan sonra nə olacağını soruşdum. O isə Fordo nüvə müəssisələrinin məhv ediləcəyi təqdirdə mümkün nəticələrdən narahat olduqları üçün belə bir addım atmadıqlarını söylədi".