Yaponiya kosmik hərbi birləşmə yaradır


Dünya 20 Yan 2020 18:17:00 149 0

Yaponiya kosmik hərbi birləşmə yaradır

Yaponiya raket və müdafiə sistemlərini inkişaf etdirən rəqibləri qarşısında özünü potensial təhdidlərdən qorumaq üçün kosmos müdafiə birləşməsi yaradacaq.

Son.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Yaponiyanın Baş naziri Şinzo Abe deyib. O, yeni birləşmənin ABŞ-la əməkdaşlıq edəcəyini söyləyib.

Abe apreldə Yaponiya Özünümüdafiə Qüvvələrinin bir parçası kimi fəaliyyətə başlayacaq birləşmənin ölkəni kiberhücumlardan, yapon peyklərini xarici müdaxilələrdən qoruyacağını bildirib.

Qeyd edək ki, ötən il Yaponiya hökuməti 2020-ci ilə qədər hərbi-kosmik qüvvələr yaratmaq niyyətində olduğunu açıqlamışdı.