Deputatlığa namizəd Afət Həsənova seçicilərlə görüşdü (FOTO)


Digərləri 20 Yan 2020 17:26:27 342 0

Deputatlığa namizəd Afət Həsənova seçicilərlə görüşdü (FOTO)

O, qadınlarla səmimi söhbət aparıb, onları narahat edən bəzi problemlərin həlli istiqamətində müzakirələr edib

Bakı. 32 saylı Suraxanı Üçüncü seçki dairəsindən Milli Məclisə deputatlığa namizəd Afət Həsənova 18 yanvar 2020-ci il tarixdə İmamzadə məscidində Bülbülə qəsəbəsinin xanımları ilə görüşüb. Trend-in məlumatına əsasən, Azərbaycan qadınının dünyaya bəşəriyyətin mədəni fikir xəzinəsinin incilərini yaradan ədəbi şəxsiyyətlər, görkəmli elm və sənət adamları, tanınmış siyasi xadimlər bəxş etdiyini vurğulayan Afət Həsənova xalqımızın təfəkküründə ana məfhumunun doğma yurdun, Vətən torpağının təcəssümü olduğunu bildirdi. Görüşün İmamzadə məscidində keçirilməsi təşəbbüsünün dini dəyərlərə olan inam və sevgidən irəli gəldiyini bildirən A.Həsənova qadınlarla səmimi söhbət aparıb, onları narahat edən bəzi problemlərin həlli istiqamətində müzakirələr etdi.