İranda bir sıra məhsullara vergilər artırıldı


Digərləri 20 Yan 2020 16:47:13 125 0

İranda bir sıra məhsullara vergilər artırıldı

İran parlamenti bir sıra məhsullara əlavə dəyər vergisinin artırılması ilə əlaqədar qərar verib.

Bakı. Elnur Bağışov - İran parlamenti bir sıra məhsullara əlavə dəyər vergisinin artırılması ilə əlaqədar qərar verib. Bu barədə Trend İran parlamentinin informasiya portalına istinadən məlumat verib. Qərara əsasən, siqaret və tütün məmulatları istisna olmaqla spirtsiz içkilər və sağlamlığa ziyan vuran digər məhsullar ölkə daxili istehsal olduğu halda 16%, idxal məhsulu olduğu halda isə 36% vergi tətbiq olunacaq. Qərarda bildirilir ki, ölkədaxili siqaret, tütün, tənbəki məhsullarına 25%, ölkə daxilində istehsal olunan beynəlxalq brendli siqaret və tütün məmulatlarına 40%, idxal olunan siqaret və tütün məmulatlarına 65% vergi tətbiq olunacaq. Qərarda qeyd olunur ki, idxal olunan xam tütünə 10%, emal edilmiş tütün idxalına 35% vergi tətbiq ediləcək.