Siyəzəndə avtomobil qəzasında ölən piyadanın kimliyi bilindi


Digərləri 20 Yan 2020 15:17:00 112 0

Siyəzəndə avtomobil qəzasında ölən piyadanın kimliyi bilindi

Ötən gün axşam saatlarında Bakı-Quba avtomobil yolunda baş verən qəzada ölən piyadanın şəxsiyyəti müəyyənləşdirilib.

Son.az APA-ya istinadla xəbər verir ki, Bakı-Quba yolunun 103-cü km-də "Daewoo Nexia" markalı avtomobil ilə vurulan piyada Siyəzənin Kiçik Həmyə kənd sakini, 56 yaşlı Niyyət Zeynalabdin oğlu Muradovdur.

Hadisəni "90 RC 234" dövlət nömrə nişanlı "Nexia" markalı avtomobillə Xaçmaz rayon sakini İftixar Ələsgərovun törətdiyi bildirilir.