Deputatlığa namizəd Fəzail Ağamalı şəhid ailələri və kənd ağsaqqalları ilə görüşüb (FOTO)


Digərləri 20 Yan 2020 13:34:10 187 0

Deputatlığa namizəd Fəzail Ağamalı şəhid ailələri və kənd ağsaqqalları ilə görüşüb (FOTO)

Fəzail Ağamalı Kürsəngi kəndində şəhid ailələri və kənd ağsaqqalları ilə görüşüb.

Bakı. Azərbaycanda fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində 60 saylı Salyan-Neftçala seçki dairəsindən namizədliyi irəli sürülən Fəzail Ağamalı yanvarın 19-da Kürsəngi kəndində şəhid ailələri və kənd ağsaqqalları ilə görüşüb. Trend-in məlumatına görə, şəhid Atamoğlanov Əbülfəzin anası Şahxanım ananı və şəhid Mayılov Qarabalanın atası Mayılov Ağababanı ziyarət edib. Həmçinin kənd ağsaqqalları Şahbala Məhərrəmov və Nəriman Kərimov ziyarət olunub.