Sumqayıtda qəzaya düşən 7 nəfər tibb işçisi evə buraxılıb


Digərləri 20 Yan 2020 13:19:00 134 0

Sumqayıtda qəzaya düşən 7 nəfər tibb işçisi evə buraxılıb

Sumqayıt şəhəri ərazisində təcili tibbi yardım avtomobilinin qəzaya uğraması nəticəsində xəsarət alan 7 nəfər evə buraxılıb

Bakı. Samir Əli - Sumqayıt şəhəri ərazisində təcili tibbi yardım avtomobilinin qəzaya uğraması nəticəsində xəsarət alan 7 nəfər evə buraxılıb. Bu barədə Trend-ə Tibbi Ərazi Bölmələrini İdarəıetmə Birliyindən (TƏBİB) məlumat veriblər. Məlumatda bildirilir ki, Təcili Tibbi Yardım briqadası çağırışa gedərkən minik avtomobili ilə toqquşub. Hadisə yerinə gələn digər təcili yatrdın avtomobili də vurulub və nəticədə əraziyə 3-cü briqada cəlb edilib . Hadisə nəticəsində təcili tibbi yardım briqadasının 7 əməkdaşı xəsarət alıb.