Londonda hücum zamanı 3 nəfər öldürülüb


Dünya 20 Yan 2020 05:04:28 140 0

Londonda hücum zamanı 3 nəfər öldürülüb

​Londonda hücum zamanı 3 nəfər öldürülüb

Britaniyanın paytaxtı Londonun şimal-şərqində baş vermiş hücum zamanı 3 nəfər həlak olub.

«Report” TASS-a istinadən xəbər verir ki, bu barədəSkotlend-Yardın saytında dərc edilmiş xəbərdə bildirilir.

Qeyd edilir ki, bazar günü axşam saatlarında polisə şəhərin şimal-şərq rayonlarından birində ictimai asayişin pozulması barədə şikayət daxil olub. Hadisə yerinə gələn polis bıçaq xəsarətləri ilə öldürülən 20-30 yaşlarında üç kişinin meyitini aşkarlayıb.

Polis hadisə ilə bağlı araşdırmaya başlayıb. Cinayətkar hələ saxlanılmayıb.