Allah üçün heç bir damcı, Allah yolunda tökülən qan damcısından sevimli deyildir


Digərləri 19 Yan 2020 23:50:00 130 0

Allah üçün heç bir damcı, Allah yolunda tökülən qan damcısından sevimli deyildir

İmam Sadiq (ə) buyurur: "O kəs ki, Allah yolunda şəhid olar, Allah onu heç bir günahından agah etməz". (Yəni, onun artıq günahı olmaz).

İmam Baqir (ə) buyurur: "Allah üçün heç bir damcı, Allah yolunda tökülən qan damcısından sevimli deyildir".

İmam Əli (ə) buyurur: "Ölüm, tələsən və təqib edəndir. Ən əziz ölüm - (Allah yolunda) öldürülməkdir".

İmam Səccad (ə) buyurur: "Öldürülmək - bizim adətimiz və şəhadət - bizim kəramətimizdir".

Həzrət Peyğəmbər (s) buyurur: "Allah, Onun yolunun mücahidini behiştdə başqalarından yüz dərəcə ucaya qaldırar ki, hər iki dərəcə arasındakı məsafə - yerlə göy arasında olan məsafə qədər olar".

İmam Əli (ə) buyurur: "Allaha and olsun ki, əgər düşmənə görə şəhadət arzusunda olmasaydım, miniyimə minər və sizlərin arasından köçərdim və o zamana qədər ki, şimal və cənub küləyi əsməz - sizin axtarışınızda olmazdım".