Liviyaya silah embarqosu tətbiq edildi
Dünya 19 Yan 2020 23:37:00 135 0
"Liviya münaqişəsinə dair toplantı məhsuldar keçdi. Liviyada sabitliyin bərpası üçün geniş planın tətbiq olunması barədə razılığa gəldik".
Son.az publika.az-a istinadən xəbər verir ki, Almaniya kansleri Angela Merkel Berlində keçirilən Liviya münaqişəsinin yekunlarına dair açıqlamasında belə deyib. O bildirib ki, bütün tərəflər məsələnin həlli üçün üzərinə düşən öhdəlikləri yerinə yetirməyə hazır olduğunu bəyan edib. Merkel qeyd edib ki, Liviyaya BMT-nin nəzarəti altında silah embarqosu tətbiq edilib.
"Silah embarqosuna və atəşkəsin davam etdirilməsinə tərəflər əməl etməlidir. Yalnız bu halda Liviyada sabitliyi bərpa etmək mümkün olacaq" - deyə Merkel bildirib.
Mənbə: milli.az